Azərbaycan neft satışından 10 ayda 5,2 milyard dollar qazandı
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5,195 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.
Neft Fondundan verilən məlumata görə, ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu ilin noyabrın 1-nə qədər ARDNF-ə daxilolmaların ümumi həcmi 127,304 milyard dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB