İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.
SİA-nın məlumatına görə, Gəncə şəhər elektrik şəbəkəsində cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 6 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 43,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,6 min manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin ödənişi təmin edilib.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində müəsisənin xidməti ərazisində sözügedən qayda pozuntusuna görə 95 akt tərtib olunub. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 1 milyon 509,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 90,5 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğ də tamamilə ödənilib. O cümlədən, ötən illərdən qalmış aktlar üzrə debitor borcların da xeyli hissəsinin ödənişi təmin edilib.
Tovuz paylayıcı elektrik şəbəkəsində isə cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 31 istehlakçının sayğacın uçot komplektini pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 66,9 min kilovatsaat itirilmiş elektrik enerjisinin 4 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 56 faizə yaxın hissəsinin ödənişi təmin edilib.
Qeyd edək ki, cari ilin 8 ayı ərzində keçirilmiş reydlər nəticəsində aşkar edilmiq qayda pozuntularına görə 259 ədəd akt tərtib olunub. Nəticədə 1 milyon 215,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 72,9 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin (72,9 min manatı) 48 faizinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.
Ağstafada cari ilin avqust ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 29,5 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 1,8 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 49 faizdən çox hissəsinin ödənişi təmin edilib. O cümlədən, 2010-cu ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı burada 165 qayda pozuntusu faktı aşkar edilib və 942,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 56,6 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 38 faizinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB