Ziyad Səmədzadə: “Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub” - MÜNASİBƏT
"Azərbaycan iqtisadiyyatı keçid dövrünü başa vurub". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə keçirilən "Məsuliyyətli Mikromaliyyə" adlı konfransda çıxışını zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı artıq birplanlı inzibati sistemdən azad bazar sisteminə keçib: "Nəzərinizə çatdırım ki, 1991-1992 ci illərdə özəl sektorun payına düşən göstəricilər demək olar ki, minimuma enmişdi. Hazırda ümumi daxili məhsulun (ÜDM) 80 faizi özəl sektorun payına düşür".
Azərbaycanın iqtisadi potensialının inkişafında problemlərin mövcud olduğunu bildirən Z.Səmədzadə qeyd edib ki, problemlərin yaranmasında Ermənistanın işğalçılıq faktoru mühüm önəm kəsb edir: "Azərbaycan iqtisadiyyatını inkişaf etmiş ölkələrlə müqayisə edəndə görünür ki, azad bazar sistemində inkişaf etmiş ölkələr daha irəlidədirlər. Çünki azad bazar sisteminin Avropada yaşı 200 dən artıqdır. Bizdə isə 20 yaşı var. İnkişaf tempinə əngəl törədən bir amillərdən biridə Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi faktorudur. Belə ki, həmin ərazilərin infrastrukturu imkan verir ki, iqtisadi potensialımızı tam və qısa müddətə hazırki durumdan daha üstün səviyyəyə çatdıraq. Bu cəhətdən Ermənistan faktoru problem yaradan amillərdən biridir. Lakin bütün bunlara baxmayaraq aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 11 faizə enib. Strateji iqtisadi proqram nəticəsində böhranın vurduğu ziyan minimuma endirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB