"Qazprom" 2011-ci ildə Belarusa satacağı qazın qiymətini açıqlayıb

"Qazprom" 2011-ci ildə Belarusa satacağı qazın qiymətini açıqlayıb

Rus qazının Belarus üçün orta qiyməti 2011-ci üçün hər kubmetrə 220 dollar həcmində müəyyənləşdirilə bilər. SİA-nın məlumatına görə, "Qazprom"un sədr müavini Andrey Kruqlov Minskdə jurnalistlərə açıqlamasında belə deyib. Qeyd edək ki, baş nazirin birinci müavini Vladimir Semaşko gələcək üçün rus qazının qiymətinin hər kubmetrə görə 210 dollar olacağı barədə açıqlama vermişdi. Lakin daha sonra Belarusun 2011-ci ildə Rusiyadan alacağı qaza 250 dollara yaxın pul ödəyəcəyinə dair açıqlamalar yayıldı. Bu rəqəm təxminən 35 faizə yaxın artım demək idi. Bütün bu söz-söhbətlərə "Qazprom" rəsmisinin açıqlamaları son qoyub. Belə ki, o qeyd edib ki, Belarusa veriləcək rus qazının orta qiyməti 2011-ci il üçün hər kubmetrə görə 220 dollar olacaq.

Xatırladaq ki, Belarus 2009-cu ildə "Qazprom"dan 17.6 milyard kubmetr mavi yanacaq alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə