Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları bəlli oldu

Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları bəlli oldu

Yarımillik monitorinq və qiymətləndirmə hesabatları sxem üzrə faiz və ballarla göstərilib

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin yarımillik monitoriq və qiymətləndirilməsini əks etdirən rəqəmlər ictimailəşdirilib. Səs İnformasiya Agentliyi xəbər verir ki, təqdim edilən sxemdə ümumi nəticə və hədəfləri əks etdirilib və ayrı-ayrılıqda göstərilən rəqəmlərdən də aydın olur ki, hesabatın nəticələri özündə bir sıra uğurları ehtiva etməkdədir.

Ümumi nəticəli hədəflərin qiymətləndirilməsində icra olunmuş hədəflər 32%, icrasına başlanılan hədəflər 59%, icrasına başlanılmamış hədəflər isə 9% təşkil edir.

Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi üzrə göstərilən sxemdə isə icra olunmuş faiz dərəcəsi 33%, icrasına başlanılan isə 67%-dir.

Özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsində də rəqəmlər 33 və 67 % üzrə dəyişilir.

İnsan kapitalının inkişaf etdirilməsi prosesində 46% icra olunub, 36% icra olunmaqdadır, 18 % isə öz icrasını gözləyir.

Nəhayət, əlverişli biznes mühitinin inkişaf etdirilməsi sxem üzrə 13% icra olunmuş, 75% icrasına başlanılmış, 12% isə icrasına başlanılmamış kimi göstərilir.

Təqdim edilən sxemdə qeyd olunur ki, əsas icraçı qurumların platforması müəyyənləşdirilərkən, hər bir qurumun əsas icraçı olduğu tədbirlərdən icra edilmiş tədbirlər “1” bal, icrasına başlanılmış tədbirlər “0,5” bal, icrasına başlanılmamış tədbirlər “0” bal ilə qiymətləndirilməklə əldə edilmiş toplam nəticə həmin qurumların əsas icraçı olduqları tədbirlərin ümumi sayına bölünmüşdür. Belə ki, əsas icraçı qurumların platforması qiymətləndirilərkən, məsul olduqları tədbirlərin “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndəki tədbirlərdəki xüsusi çəkisi nəzərə alınmamışdır.

Həmçinin, qeyd olunur ki, aidiyyatı qurumların məsul olduqları tədbirlərin sayı 2017-ci ildən icrasına başlanılan tədbirləri özündə ehtiva edir.

Beləliklə, xəritədə 100 ballıq şkala üzrə də əsas icraçı qurumların performansı məsul olduqları tədbirlərin sayı ilə yanaşı göstərilir. Eyni zamanda, 100 ballıq şkalada 50 baldan aşağı qırmızı, 50-90 bal arası sarı, 90 bal isə yaşıl xəttlə işarələnib:

Maliyyə sabitliyi şurası 100 bal, məsul olduğu tədbirlərin sayı 1,

Komissiya 100 bal, məsul olduğu tədbirlərin sayı 1,

Mərkəzi Bank 83 bal, məsul olduğu tədbirlərin sayı 3,

Təhsil nazirliyi 83 bal, məsul olduğu tədbirlərin sayı 6,

Əmlak Məsələləri Dövlət Komitəsi 70 bal, məsul olduğu tədbirlərin sayı 5,

Maliyyə Nazirliyi 50 bal, məsul olduğu tədbirlərin sayı 4,

Vergilər Nazirliyi 50 bal, məsul olduğu tədbirlərin sayı 1,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 50 bal, məsul olduğu tədbirlərin sayı1,

Dövlət Statistika Komitəsi 50 bal, məsul olduğu tədbirlərin sayı 1,

Maliyyə Bazarlarlna Nəzarət Palatası 50 bal, məsul olduğu tədbirlərin sayı 1,

Azərbaycan Respublikası Prezidentinin yanında vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 50 bal, məsul olduğu tədbirlərin sayı 1,

Azərbaycan Milli Elmlər Akademiyası 50 bal, məsul olduğu tədbirlərin sayı 1,

İqtisadiyyat Nazirliyi 38 bal, məsul olduğu tədbirlərin sayı 8.

Qeyd edək ki, bu rəqəmlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəəncamı ilə yaradılmış komissiyanın gəldiyi qənaətidir.

Qeyd edək ki, Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları silsilə şəklində çap edilərək, izahlı şəkildə oxucuların diqqətinə çatdırılacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə