Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti duz istehsalı və idxalı ilə məşğul olan "Hikmət" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
SİA-nın məlumatına görə, Dövlət Xidmətində işə baxılmış və Belorusun "Mozırsol" ASC-də istehsal edilmiş "Zolotoy Zubr" və "Polesye" adlı 42,2 ton xörək duzunun tərkibində yodun miqdarı, pH-ı və nəmliyi normativ sənədlərin tələblərinə uyğun olmadığı üçün qida məhsulu kimi satışının qadağan edilməsi, üzərində istehlakçıları çaşdıran məlumatlar olan 76,5 min ədəd polietilen və 549,2 min ədəd kağız qablaşdırma materiallarının məhv edilməsi, həmçinin üzərində Azərbaycan dilində müvafiq məlumatlar olmayan 28,4 ton duzun markalanmasının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə müəssisəyə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı mübarizə tədbirlərini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB