Qətərin Ətraf Mühit naziri: “Azərbaycanla Qətər arasında ekologiya sahəsində çox yüksək əməkdaşlıq əlaqələri mövcuddur”
Bu gün Qətərin Ətraf mühit naziri Abdulla-bin-Mübarək bin Abud Əl-Mədadin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar. SİA-nın xəbərinə görə, daha sonra qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını üzərinə çiçək dəstələri düzüblər. Qonaqlar həmçinin Şəhidlər Xiyabanında olublar və əbədi məşəlin önünə əklil qoyublar.
Daha sonra jurnalistlərə açıqlama verən Qətərin Ətraf Mühit naziri Azərbaycana səfərinin Kənd Təsərrüfatı Naziriliyinin rəsmi dəvəti əsasında baş tutduğunu bildirib. Azərbaycanla Qətər arasında ekologiya sahəsində çox yüksək əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir qeyd edib ki, bundan sonra da əlaqələrin yüksələn xətt üzrə inkişafı üçün bütün işlər görüləcək: "Azərbaycanda səfərdə olduğum iki gün ərzində həm həmkarımla, həm də digər şəxslərlə rəsmi görüşlərimiz olacaq. Bu görüşlər əsasında biz gələcəkdə reallaşdırmaq istədiyimiz planları müzakirə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB