Azərbaycan və Kuba nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib
Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin nümayəndə heyəti ilə Kuba Respublikası Xarici Ticarət və İnevestisiyalar nazirliyinin müavini Oskar Perez-Oliva Fraqanın başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.
SİA-nın məlumatına görə, qonaqlar iqtisadi nəaliyyətləri əks etdirən sərgi ilə tanış oluduqdan sonra konfransın keçiriləcəyi zala daxil olublar. ilk öncə Azərbaycanı əks etdirən kiçik video lentlə baxılıb.
Daha sonra İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov çıxış edib. O qonaqları salamlayıb və Azərbaycan iqtisadiyyatı, həyata keçirilən iqtisadi islahatlar barədə məlumatlar verib.
Niyazi Səfərov onu da bildirib ki, bu gün dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən Azərbaycan Latın Amerikası ölkələri, həmçinin Kuba ilə əlaqələrin inkişafında da dərindən maraqlıdır. Nazir müavini Niyazi Səfərov əməkdaşlığın inkişafında bu kimi biznes formlarının, işgüzar səfərlərin, görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra Kuba Respublikasının Xarici Ticarət və İnevestisiyalar nazirliyinin müavini Oskar Perez-Oliva Fraqa çıxış edib. O, Azərbaycandakı iqtisadi inkişafdan məmnunluluğunu bildirib. Iki tərəf arasında bir sıra mövzular ətrafında fikir mübadilələri olub,qonaqları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB