Neft Fondunun icraçı direktoru Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2010-cu il sentyabrın 24-də Asiya İnkişaf Bankında (AİB) Azərbaycanın daxil olduğu qrupun Direktorlar Şurasının üzvlərini qəbul edib. SIA-nın məlumatına görə, görüş zamanı Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanıb. Daha sonra, Ş. Mövsümov Azərbaycanın neft tarixi, Milli Neft Strategiyası, hasilatın pay bölgüsü sazişləri, Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Suveren Fondlar, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB