Yararsız ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai, Nizami, Səbail, Abşeron rayonlarında, Şəmkir rayonunda və Quba şəhərindəki ticarət obyektlərində ümumi çəkisi 255 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, balıq və digər dəniz məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...