“Azərenerji” ASC inkişafla yanaşı köhnəlmiş qurğularda təmir işləri də həyata keçirilir

“Azərenerji” ASC inkişafla yanaşı köhnəlmiş qurğularda təmir işləri də həyata keçirilir

İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə generasiya güclərinin artırılması ilə yanaşı, yüksək gərginlikli elektrik şəbəkələrinin (YGEŞ) genişləndirilməsi istiqamətində də mühüm addımlar atılır. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, enerji obyektləri kimi "Qusar" və "Xaçmaz" elektrik şəbəkəsi müəssisələrində də təmir işləri uğurla həyata keçirilir.

Qusarda rayonu xidməti ərazisində olan 35 kV-lik "Caqar" hava elektrik verilişi xəttinin (HEVX) 4 kilometrdən artıq hissəsində əsaslı və cari təmir işləri aparılaraq 54 ədəd izolyator dəyişdirilib. Eyni gərginlikli "Quba-Qusar" HEVX də isə 10 ədəd xətt armaturu yenisi ilə əvəz edilib. Qeyd edək ki, 110 kV-lik "Qusar" yarımstansiyasında 2 saylı 10 MVA-lıq transformatorun 110 kV-luq ayıran-ayırıcı və qısa-qapayıcısında tənzimləmə işləri aparılıb, 1 və 2 saylı transformatorda ölçü-sınaq işləri yerinə yetirilib. Eyni zamanda bu transformatorun 35 kV-lik giriş və eyni gərginlikli "Caqar" HEVX-nin yağ açarları əsaslı təmir olunub. "Əcəxur" yarımstansiyasında isə 10 kV-lik "Mucuq" HEVX-nin yuvasında təmir-sazlama işləri aparılıb.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə isə, 10 kV HEVX-də 121 ədəd dayaq, 0,4 kV şəbəkədə isə 36 ədəd dayaq yenisi ilə əvəz edilib. Eyni zamanda 11 kilometrdən artıq naqil yenisi ilə əvəz edilib və 340-a yaxın izolyator dəyişdirilib.

Xaçmaz rayonunda isə 110 kV-lik "Xaçmaz" yarımstansiyasında 1 saylı 25 MVA-lıq transformator və onun yağ açarı əsaslı təmir olunub. Analoji təmir işi III "Xaçmaz", VI "Xaçmaz" HEVX-də də həyata keçirilib.

Yeri gəlmişkən, sözügedən təmir işləri 10 kV-lik "Əhməd-oba", "Pivə zavod", "Nizova", "Telestudiya", "Kondensator" HEVX-də də aparılıb.

Onu da qeyd edək ki, 110 kV-lik "Xudat" yarımstansiyasında 2 saylı 10 MVA-lıq və 1 saylı 6,3 MVA-lıq transformatorlarda cari təmir işləri aparılıb. "Yalama" yarımstansiyasında isə 35 kV-lik giriş yağ açarı əsaslı təmir olunub. Eyni zamanda 330-110 kV-lik HEVX-lərdə ümumilikdə 360-dan çox izolyator yenisi ilə əvəz olunub.

Əldə etdiyimiz digər bir məlumatda isə qeyd edilir ki, 10 və 0,4 kV-lik şəbəkələrdə ümumilikdə 6,2 kilometrə yaxın naqil, 225 ədəd izolyator dəyişdirilib. Müxtəlif gücdə olan 4 ədəd transformator yenisi ilə əvəz olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə