Hərrac mərkəzi yaradıldı

Azərbaycan Banklar Assosiasiyasının hərrac mərkəzi yaradılıb. SİA –nın məlumatına görə, Vergilər Nazirliyi Azərbaycan Banklar Assosiasiyasına (ABA) məxsus “Hərrac mərkəzi” MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 1, nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi Elşad Şirinbəyovdur.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə