Elektrik qatarlarının hərəkət cədvəli dəyişəcək

Elektrik qatarlarının hərəkət cədvəli dəyişəcək

Avqustun 1-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq 01.08.2017-ci il tarixdən 11.08.2017-ci il tarixinədək – 10 (on) gün müddətinə - Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə etmək olar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə