Ziyad Səmədzadə: “Neftin 60 dollardan hesablanması bizi səfərbər edir ki, neft amilinə daha çox arxayınlaşmayaq” - AÇIQLAMA

Ziyad Səmədzadə: “Neftin 60 dollardan hesablanması bizi səfərbər edir ki, neft amilinə daha çox arxayınlaşmayaq” - AÇIQLAMA

"Beynəlxalq Böhran Qrupunun kiminsə təsiri altında yazdığı hesabatlar Azərbaycanın milli maraqlarına cavab vermir və reallığı əks etdirmir". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında Beynəlxalq Böhran Qrupunun Azərbaycan haqqında hazırladığı "Azərbaycan: Həssas Sabitlik" adlı hesabatına münasibət bildirərkən deyib. Hesabatda bildirilir ki, Azərbaycan iqtisadiyyatı neft ixracının köməyi ilə əldə olunan iqtisadi artımla səciyyəvidir. Dövlət büdcəsində neftdən əldə olunan gəlirlərin payının azaldılması üçün tədbirlərin görüldüyünü deyən millət vəkili bildirib ki, sözügedən təşkilat Azərbaycan hakimiyyətinin bu addımlarını və əldə etdiyi iqtisadi uğurları inkar edir.

 

2011-ci il dövlət büdcəsində neftin qiymətinin 60 dollardan hesablanmasına toxunan Z.Səmədzadə qeyd edib ki, hökumət neftin qiymətinin müəyyən olunması zamanı çoxlu araşdırmalar aparıb: "Dünya bazarında neftin qiymətinə təsir edən amillər araşdırılıb. Dünya iqtisadiyyatında canlanma başlayıb. Bu canlanma da təbii olaraq neftə olan tələbatı artırıb və neftin bir barelinin qiyməti də 75-80 dollar arasında tərəddüd edir. Neftin 60 dollardan götürülməsi bizi həm riskdən qurtarır, həm imkanlarımızı genişləndirir, həm də bizi səfərbər edir ki, neft amilinə daha çox arxayınlaşmayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə