Azərbaycan Dövlət Aqrar Universiteti ilə Çin arasında memorandum imzalanıb
Çin Xalq Respublikasının Şandon əyalətinin Tzinan şəhərində “Bir kəmər-bir yol” strategiyası çərçivəsində “Şandon əyalətinin və 5 Mərkəzi Asiya ölkəsinin aqrotexniki əməkdaşlığı üzrə Forumu”nda Azərbaycan Dövlət Aqrar Universiteti ilə bu əyalətin Kənd Təsərrüfatı Elmləri Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, Memorandumu Akademiyanın Prezidenti Van Şubo və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru, dosent Anar Hətəmov imzalayıb. Memorandumda birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, qarşılıqlı təcrübə mübadiləsini həyata keçirilməsi nəzərdə tutulub.
Səfər çərçivəsində Anar Hətəmov Akademiyanın, o cümlədən İpəkçilik elmi-tədqiqat institutunun maddi-texniki bazası ilə yaxından tanış olub, “Azərbaycanda kənd təsərrüfatının inkişaf meyilləri” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, 1903-cü ildə əsası qoyulan Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası özündə 16 idarəetmə bölməsini, 22 elmi-tədqiqat institutunu, 18 akademik bölməni və 1 post doktorantura stansiyasını birləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB