Effektiv, çevik idarəçilik mexanizmlərinə üstünlük veriləcək AÇIQLAMA

Effektiv, çevik idarəçilik mexanizmlərinə üstünlük veriləcək AÇIQLAMA

Azərbaycan Respublikasının Prezident Administrasiyasında struktur dəyişikliyi edilib. Görünən budur ki, daha effektiv, çevik və güclü idarəçilik mexanizmlərinə üstünlük veriləcək. Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, konkret sahələr üzrə konkret köməkçi təsisatları vasitəsilə güman ki, daha effektiv idarəetmə mümkün olacaq: “Düşünürəm ki, Ali icra hakimiyyətində reallaşan bu struktur dəyişikliyinin yəqin ki, qısa müddətdə hakimiyyətin aşağı pillələrində də davam etdiriləcəyini gözləmək olar. Administrasiyada Elektron hökumət şöbəsinin də yaradılacağı bildirilir. Belə bir qurumun yaradılması da ölkədə E-gov quruculuğu sahəsində ciddi koordinasiyaya ehtiyac olduğu bir zamanda, uzun müddətdir ki, arzulanan bir təsisat olaraq çox faydalı olardı”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə