Uşaq geyimləri və məktəbli ləvazimatlarının monitorinqinə başlanıb

Uşaq geyimləri və məktəbli ləvazimatlarının monitorinqinə başlanıb

Yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının süni qiymət artımlarının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda bu malların satışını həyata keçirən obyektlərdə monitorinqlərə başlayıb.

SİA-nın məlumatına görə, monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcəkdir.

İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində müşahidə etdikləri qiymət artımları barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə