"Hazırda digər növ balıq məhsullarının Avropa İttifaqına ixracı üçün icazənin alınması istiqamətində işlər davam edir"
Bu gün İqtisadi İnkişaf Nazirliyinin, Hollandiya Krallığının Ərzaq və İstehlak Mallarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Orqanı və Latviya Respublikasının Ərzaq və Baytarlıq Xidmətinin təşkilatçılığı ilə sözügedən layihənin yekunlarına həsr olunan konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin sahibkarlar iştirak ediblər. Konfransı giriş sözü ilə açan İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova əsası üummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurlar barədə məlumat verib, Tvininq layihəsinin ölkəmizin Avropa İttifaqına inteqrasiya prosesində əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, "Azərbaycan Respublikasının ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasının hüquqi və texniki təkmilləşdirilməsinə dəstək" Tvininq layihəsinin həyata keçirilməsi Azərbaycan mənşəli balıq və digər dəniz məhsullarının Avropa İttifaqına ixracını təmin etmək üçün mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli mütəxəssislərin peşəkarlığının artırılması, Dövlət Xidmətinin laboratoriyalarının beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, məhsulların keyfiyyət və təhlükəsizliyinə daha effektiv nəzarətin həyata keçirilməsi sahəsində mühüm rol oynayıb. Sevinc Həsənova layihə çərçivəsində əldə olunan təcrübədən digər yeyinti məhsullarının Avropa bazarlarına ixracının artırılması məqsədilə istifadə olunacağını, Avropa Komissiyasının müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Tvininq layihəsinin icrası ilə bağlı görülən işləri və əldə edilən uğurlu nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, layihə çərçivəsində Dövlət Xidmətinin müvafiq sahədə çalışan əməkdaşları və laboratoriya mütəxəssisləri üçün ümumilikdə 35 təlim kursu keçirilib, Hollandiya Krallığının və Latviya Respublikasının müvafiq qurumlarında təcrübə keçmək üçün 3 təlim səfəri təşkil edilmiş, balıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi və sertifikatlaşdırılması ilə bağlı 10-dan artıq normativ-hüquqi sənəd hazırlanıb, eyni zamanda Avropa Komissiyasının qərarı ilə Azərbaycan 2010-cu ilin yanvarın 1-dən etibarən balıq kürüsünün Avropa İttifaqına idxalına icazə verilən üçüncü ölkələr siyahısına daxil edilib. Zahid İsayev hazırda digər növ balıq məhsullarının Avropa İttifaqına ixracı üçün icazənin alınması istiqamətində işlərin davam etdirildiyini də qeyd edib.
Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin, Hollandiyanın Ərzaq və İstehlak Mallarının Təhlükəsizliyi üzrə Səlahiyyətli Orqanının, Latviyanın Ərzaq və Baytarlıq Xidmətinin rəhbərləri və digər rəsmilər çıxış edərək sözügedən layihənin Azərbaycanın Avropaya inteqrasiya prosesini sürətləndirmək baxımından əhəmiyyətini qeyd edib, layihə çərçivəsində əldə olunan uğurları yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB