Bakı şəhərində antisanitar şəraitdə saxlanılan, yararlıq müddəti bitmiş kolbasa məmulatlarının müayinəsi başa çatıb. Dövlət Baytarlıq Xidmətindən (DBX) SİA-ya verilən məlumata görə, Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları qarajda aşkar edilmiş kolbasa məhsullarından baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB, salmonella aboreus, salmonella typhimurium) aşkar edilmişdir. Bakterioloji və biokimyəvi müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, baytarlıq-sanitariya cəhətdən yararsız olan,qarajda temperatur rejiminə əməl edilməyən, soyuducusu olmayan, istifadəyə yararlıq müddəti bitmiş, qeyri-qanuni, antisanitar şəraitdə saxlanılan və satılan ümumi çəkisi 100 kq olan kolbasa məmulatları barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB