Daxili Təqaüd Proqramı üzrə test imtahanı keçirilib

Daxili Təqaüd Proqramı üzrə test imtahanı keçirilib

Mayın 6-da Dövlət İmtahan Mərkəzi tərəfindən SOCAR-ın Daxili Təqaüd Proqramı üzrə müsabiqənin I turu - test imtahanı təşkil olunub. Socardan SİA-ya verilən məlumata görə, imtahanda Azərbaycan ali təhsil müəssisələrinin bakalavr (II, III, IV kurslar) və magistr (I, İİ kurslar) pilləsində təhsil alan, müsabiqə şərtlərinə cavab verən 1695 tələbəsi iştirak edib. İmtahan Bakıdakı 276 və 47 saylı orta məktəblərdə və Məktəb Lisey Kompleksində keçirilib. Test imtahanının gedişi SOCAR nümayəndələri tərəfindən müşahidə olunub.

Müsabiqə şərtlərinə əsasən test mərhələsini uğurla keçən namizədlər yaxın günlərdə müsahibəyə dəvət olunacaqlar. Müsahibələr SOCAR Daxili Təqaüd Komissiyasınını üzvləri tərəfindən aparılacaq və namizədlərin bilik, bacarıq və şifahi qabiliyyətləri yoxlanılacaqdır. Qeyd edək ki, müsahibə mərhələsini də uğurla keçən namizədlər 1000 AZN məbləğində SOCAR təqaüdü alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə