Neft bazarında vəziyyət stabilləşə bilər? AÇIQLAMA

Neft bazarında vəziyyət stabilləşə bilər? AÇIQLAMA

"Azərbaycan neft bazarında vəziyyət stabilləşə bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanı ən azı birinci mərhələdə nəzərdə tutulan müddət qədər uzadarsa, o halda qiymət stabilliyi müşahidə edilə bilər: "Amma uzun müddətli qiymət stabilliyinə nail olmaq çox çətin görünür. Neft ölkələri, eləcə də Azərbaycan üçün bu xammalın dünya bazar qiyməti olduqca vacibdir. Doğrudur, son 3 ildə Azərbaycan iqtisadiyyatı neftin mövcud qiymətlərinə transformasiya olunub. Əslində, neftin bir barelinin 50 dollar olması da ölkəmiz üçün uyğundur. Amma ən vacibi təbii ki, qiymət stabilliyidir. Qırmızı xətt isə neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər. Azərbaycanın gündəlik neft ixracatı 596 min bareldir. Neftin dünya bazarındakı hazırkı qiymətini nəzərə alsaq, gündəlik neft ixracatından Azərbaycana daxil olan vəsaitin həcmi kiçik kənarlaşmalar ilə istehsal və daşınma xərcləri də daxil olmaqla 29,0 milyon dollardır. Bu vəsaitin orta hesabla 75 faizi Azərbaycan dövlətinə çatır. Deməli, neftin qiymətindəki hər 2 dollarlıq azalma gündəlik 1 milyon dollardan artıq fərq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə