Dollar banklarda neçiyədi?

Bu gün bir sıra banklarda Dolların ucuzlaşdığı müşahidə olunur. SİA xəbər verir ki, Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Bank Respublika Dolların alış qiymətini 1.65 manatdan 1.64 manata, AGBank isə alışı 1.66 manatdan 1.6450 manata endirib.

Dolları ən ucuz – 1.68 manata AmrahBank və Bank Silk Vey satır. Dolları ən baha isə 1.6720 manatdan Yapı Kredi Bank Azərbaycan alır.

KapitalBank isə Dolların alış qiymətini 1.65 manatdan 1.66 manata qaldırıb, satışı isə olduğu kimi - 1.7050 manatda saxlayır.

"Qara bazar"da bu gün səhər saatlarında dolların alış qiyməti 1.66 manata, satış qiyməti isə 1.67 manata düşdüyü bildirilir. Dünən Dollar qanunsuz valyuta alverçiləri tərəfindən 1.6650 manata alınıb, 1.6750 manata satılırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə