“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

“Qərbi Abşeron” yatağında yeni quyu istismara verilib

"Qərbi Abşeron" yatağındakı 20 saylı stasionar dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib. SOCAR-dan SİA-ya verilən xəbərə görə, quyu Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 684-675 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə