Naz Lifan"ın istehsalı dayandırması ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır". Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev deyib.
Onun sözlərinə görə, Çində Lifan zavodunda aparılan yenidən qurma ilə bağlı ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaranmışdı. Amma bu istehsalın dayanması anlamına gəlmir.
O bildirib ki, hazırda Naxçıvan Avtomobil Zavodu "Naz Lifan 620" modellərinin yığılmasının davam etdirir. Sonrakı dövrdə zavodda "Naz Lifan X60" və "Naz Lifan 650" modellərinin istehsalı planlaşdırılır.
Qeyd edək ki, bu gün mediada Dövlət Statistika Komitəsinin hesabatına əsasən yayılan məlumatlarda "Naz Lifan"ların istehsalının dayandırıldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB