"Yerli bazarda uğur qazana bilməyən məhsul, xarici bazarda da uğur qazana bilməz". SİA xəbər verir ki, bunu Bakıda keçirilən Caspian Energy Forumda "Veysəloğlu" Şirkətlər Qrupunun prezidenti Aydın Talıbov bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları yerli məhsullara az üstünlük verirlər. Xalqımızın yerli məhsullara rəğbəti artmalıdır. Xalqımızın dəstəyinə ehtiyacımız var. Mən hesab edirəm ki, daxili bazarda uğur qazanmayan, qəbul edilməyən məhsul, xarici bazarda da qələbə qazana bilməz. Bu yaxınlarda bir gürcü ilə Gürcüstan bazarında çoxdan yerini tutmuş bir yerli məhsul barədə söhbət etdim. Gürcü, həmin məhsulun keyfiyyətini çox da bəyənmədiyini bildirdi. Amma qeyd etdi ki, aldığı məhsulların 70%-i yerli, 30%-i xarici məhsullar olur. O, bunu vətəndaşlıq borcu ilə izah etdi. Azərbaycanda isə təəssüf ki, yerli məhsullara çox böyük üstünlük verirlmir. Biz "Ulduz" şokoladlarını istehsal edirik. İstehsalın genişləndirilməsi, ixrac gücümüzün daha da artması üçün xalqımızın dəstəyinə ehtiyacımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB