Azərbaycan-Qazaxıstan əlaqələri inkişaf mərhələsində AÇIQLAMA

Azərbaycanla Qazaxıstan arasında tarixən dostluq və əməkdaşlıq əlaqələri olub. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkələrimiz beynəlxalq arenada daima biri-birinin mövqeyini müdafiə edib: "Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanla birgə olduğu KTMT-də bunu açıq şəkildə ifadə edir. Bu da xalqlarımızın tariximizin, dilimizin, mədəniyyətlərimizin yaxınlığı və dövlət başçılarımız arsındakı səmimi dostluq münasibətlərindən irəli gəlir. Ölkələrimiz arasındakı dostluq əlaqələri iqtisadi müstəvidə inkişafa şərait yaradıb. Azərbaycanla Qazaxıstan arasındakı ticarət dövrüyyəsi daimi artmaqdadır".

Millət vəkili qeyd edib ki, TANAP-ın və Bakı-Tiblisi-Qars dəmir yolunun tikintisi başa çatandan sonra ölkələrimiz arasında qarşılıqlı fayda götürülən münasibətlər daha da inkişaf edəcək: "Aktauda Azərbaycanın logistik bazasının açılması Ələt Beynəlxalq Dəniz Limanından Azərbaycanda istehsal olunmuş məhsulların Orta Asiya bazarlarına çıxarılmasına imkan verəcəkdir. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri özünün çox yüksək inkişaf mərhələsini yaşayır".

Bütün xəbərlər Facebook səhifəmizdə