"Kurık limanından bu günədək 15 min ton həcmində yükdaşıma həyata keçirilib"
Bu günədək ölkələrimizin birgə səyi ilə Qazaxıstanda yeni inşa olunmuş Kurık limanından 15 min ton həcmində yükdaşıma həyata keçirilib. Biz yükdaşımaların həcmini daha da artırmağı düşünürük. Bu barədə "Qazaxıstan Dəmir Yolu" Səhmdar Cəmiyyətinin prezidenti Kanat Alpısbayev açıqlama verib.
K.Alpısbayev bildirib ki, qarşılıqlı razılaşmaya görə, ilk növbədə Qazaxıstan ixrac yükləri ilə bağlı plan tərtib olunub. Eyni zamanda, təsdiq olunmuş yükdaşıma planına əsasən Batumi limanı istiqamətində ilin sonunadək 450 min tona qədər yük daşınacaq.
Qeyd olunub ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə müxtəlif istiqamətlərdə milyon tonadək yük daşınması qarşıda duran başlıca vəzifələrdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB