Təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 28 minə çatıb
Bu ilin fevral ayı ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 8 min 951 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 min 610-u Bakı, Abşeron və Sumqayıt, 5 min 341-i isə regionlar üzrədir. "Azəriqaz"ın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 27 min 995-ə çatıb.
Fevralın 1-nə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 416 məscid və dini məbədə təbii qazdan pulsuz istifadə üçün limit ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB