Novorossiysk limanından 160 min ton xam neft ixrac edilib

Novorossiysk limanından 160 min ton xam neft ixrac edilib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159 777 ton xam neft ixrac edib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 79 841 tonu fevral ayındakı ixracın payına düşüb.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə