Almaniyanın paytaxtı Berlində "Beynəlxalq Yaşıl Həftə – 2017" adlı ərzaq və kənd təsərrüfatı məhsullarının sərgisi keçirilib. Sərgidə muxtar respublikada fəaliyyət göstərən 9 istehsalat müəssisəsinin məhsulları nümayiş olunub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Elnur Mahmudov bildirib ki, pavilyonda Naxçıvan Muxtar Respublikası üçün ayrıca guşə ayrılıb. Belə ki, 9 istehsalçı şirkətdən 18 növdə, 54 çeşiddə məhsul təqdim olunub. Muxtar respublikada istehsal olunan məhsullar xarici iş adamlarında böyük maraq doğurub və həmin məhsulların alınması üçün təkliflər verilib.
Qeyd edək ki, 1926-cı ildən başlayaraq hər il keçirilən və Avropanın ən iri sərgisi olan "Beynəlxalq Yaşıl Həftə" sərgisində dünyanın 70-ə yaxın ölkəsindən 1500-dən çox şirkətin nümayəndələri iştirak edib. Sərgi çərçivəsində Naxçıvan Muxtar Respublikasının investisiya və biznes imkanları, həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan rəqabətqabiliyyətli məhsullar barədə məlumat verilib və sərgi iştirakçılarına muxtar respublika haqqında müxtəlif çap materialları, jurnallar, broşürlər və disklər paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB