"Cari ildə neftin qiymətində kəskin artım gözlənilmir" AÇIQLAMA

"Cari ildə neftin qiymətində kəskin artım gözlənilmir" AÇIQLAMA

"OPEC neft bağlı müəyyən anlaşma etsə də, bununla bağlı müəyyən tərəddüd və şübhələr var. Bundan başqa Beynəlxalq Enerji Akademiyasının hesablamalarına görə, OPEC ölkələri heç də tam olaraq öhdəliklərini yerinə yetirmirlər. Əgər OPEC ölkələri üzərinə düşən öhdəlikləri 80 faiz belə yerinə yetirsə, o zaman bu, yaxşı göstərici kimi qiymətləndiriləcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, uyğun nəticə əldə etmək üçün OPEC-in götürdükləri öhdəlikləri bu ölkələr yarısını əməl etməlidirlər: "Bəzi ölkələrdə monitorinq imkanları məhduddur. Xüsusilə də İraq mərkəzi hakimiyyəti tam olaraq ölkəyə nəzarət edə bilmir. İraqda hasilatın artımı müşahidə edilir. Digər tərəfdən də bəzi İranın öz hasilatını artırmağa çalışır. OPEC-in anlaşması bazara psixoloji təsir etdi və qiyməti stabilləşdirdi. Bundan başqa anlaşmanın təklifə də müəyyən təsirləri oldu ki, bu da qiymətlərin stabilləşməsi baxımından vacib idi".

2017-ci ildə neftin qiymətinə gəlincə V. Bayramov qeyd edib ki, yeni ildə müəyyən siyasi müdaxilələr və yenidən OPEC-in hasilatın azaldılması ilə bağlı anlaşmaları olmasa, o zaman neftin qiymətinin orta intervalla 50-60 dollar arasında dəyişəcəyi gözlənilir: "Ümumiyyətlə, hələlik neftin dünya bazarındakı qiymətində kəskin artım proqnozlaşdırılmır. Çünki, neftin qiymətindəki kəskin artımlar şist neft hasilatının artmasına gətirib çıxarar ki, bu da bazarın Kanada və ABŞ tərəfindən şist neftlə dolması və yenidən təklifin artmasına səbəb ola bilər. Bu baxımdan cari ildə neftin qiymətində kəskin artım gözlənilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə