Məzənnələr dəyişdi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, bu gün dolların məzənnəsi yanvarın 13-ü ilə müqayisədə dəyişməyərək 1,7867 manat təşkil edib.

Avro 0,06 faiz zəifləyərək 1,8959, Rusiyanın milli valyutası 0,33 faiz zəifləyərək 0,03 manat səviyyəsində qərarlaşıb.

Türk lirəsi isə 0,25 faiz möhkəmlənərək 0,4754 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə