Dünya birjalarında neft bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar artaraq 50,97 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 53,75 dollar olub.
Azərbaycan nefti isə ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,16 dollar və ya 2,08 faiz azalaraq 54,67 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB