Köhnə qaz boru xətlərinin modernləşdirilməsinə 1,5 milyard manat investisiya qoyuluşu proqnozlaşdırılır

Köhnə qaz boru xətlərinin modernləşdirilməsinə 1,5 milyard manat investisiya qoyuluşu proqnozlaşdırılır

Köhnə qaz boru xətlərinin modernləşdirilməsi və ya tikintisi üçün 1 milyard 515 milyon manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır. Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Sənəddə qeyd olunur ki, SOCAR-ın "Azəriqaz" İB tərəfindən təbii qazın paylanmasında əlavə nəticələr əldə edilməsinə kömək edəcək yeni investisiya layihəsi də hazırlanıb. Bu proqramın texniki-iqtisadi əsaslandırılması ayrıca olaraq həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə