Fermerlərin satış problemləri həll olunur

Fermerlərin satış problemləri həll olunur

"Ərzaq məhsullarının tədarükü və təchizati" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına, məhsullarının dünya bazarlarına çıxarılmasına zəmin yaratmaqdır. SİA-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədr müavini Elşən Əsədov deyib. O bildirib ki, xüsusilə dövlət sifarişi ilə ərzaq məhsullarının yerli istehsalçılardan satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməklə yanaşı, yerli fermerlər tərəfindən istehsal olunmuş kənd təsərrüfatı məhsullarının əlverişli satış bazarının yaradılmasına mühüm təsir göstərəcəkdir. Digər tərəfdən, satınalan təşkilatların təlabatına uyğun məhsulların yerli istehsalçılaradan alınması zamanı təklif artıqlığı yarandığı halda daha uyğun şərtlərlərlə xarici bazarlara yönəldiləcəkdir.

Sədr müavini qeyd edib ki, artıq noyabr ayından "Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı" elektron portalı istifadəyə verilib, satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi), satınalınacaq ərzaq məsullarının satınalan təşkilatlar üzrə həcmi və növləri barədə məlumatlar elektron portalda yerləşdirilib, hazırda isə istehsalçıların məhsullar üzrə təkliflərinin www.tedaruk.az portalı vasitəsi ilə qəbulu davam etdirilir: "Bununla yanaşı respublikanın 12 regionunda Cəmiyyətin regional ofisləri və tədarük anbarları yaradılaraq kənd təsərrüfatı məhsullarının tədarükünə başlamaq üçün hazır vəyiyyətə gətirilib. Ölkə ərazisində fəaliyyət göstərən, portalda qeydiyyatdan keçmiş və "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamış hər bir kənd təsərrüfatı məhsulları istehsalçısı istehsal etdikləri məhsullarını orta topdansatış bazar qiymətinə uyğun şəkildə Cəmiyyətin regional bölmələrinin anbarlarına təhvil verə biləcək".

E. Əsədov əlavə edib ki, istehsalçılara bağlanmış müqavilə əsasında avans da veriləcək: "Avans istehsalçının istehsal edəcəyi malın 25%-i dəyərində olacaq. Avansı verməklə iş bitməyəcək. Məhsulun toxumun əkilməsindən becərilməsinə qədər bütün proseslərə nəzarət olunacaq. Avansların verilməsinə gələn ilin oktyabr ayından başlanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə