ABŞ-ı dünyada baş verən çox şeyə görə günahlandırırlar. SİA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn deyib.
O bildirib ki, neftin qiymətinin aşağı düşməsi ABŞ-ın istəyi ilə baş vermir: "ABŞ burda heç bir rol oynamır. Birləşmiş Ştatların 4 minə yaxın neft şirkəti fəaliyyət göstərir və hökumət şirkətlərə neftin hasilatının artırılması, yaxud azaldılmasına göstəriş verə bilməz Çünki onlar müstəqil şirkətlərdir. Dünya bazarlarında neft bazarına təsir göstərən əsas qurum OPEC-dir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB