Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

Dekabrın 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

SİA-nın BFB-dən aldığı məlumata görə, istiqrazların ümumi həcmi 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gündür. İstiqrazlar 2017-ci il martın 14-də ödəniləcək.

Hərracda "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə