Millət vəkili: “Strateji yol xəritələri iqtisadiyyatın davamlı inkişafını təmin edəcək” AÇIQLAMA

Millət vəkili: “Strateji yol xəritələri iqtisadiyyatın davamlı inkişafını təmin edəcək” AÇIQLAMA

"Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində vətəndaş cəmiyyəti təsisatlarının , vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

O qeyd edib ki, strateji yol xəritələri iqtisadiyyatın inkişaf etdirilməsi və qeyri-neft sektoru üzərində formalaşdırılması üçün 2025-ci il və ondan sonrakı dövr üzrə hədəflər müəyyənləşdirir: "Strateji yol xəritələri Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin edəcək. Strateji yol xəritələrində qeyd olunan istiqamətlərin həyata keçirilməsi sahibkarlıq sektorunun inkişafını sürətləndirəcək və ölkədə aparılan iqtisadi islahatlar üçün bünövrə təşkil edəcək. Ayrı-ayrı sektorlar üzrə işlərin həyata keçirilməsinə nəzarətin Prezident Administrasiyasına tapşırılması proqramın icrasının məsuliyyətliliyini artıracaq. Strateji yol xəritələri Azərbaycanın dünyada baş verə biləcək siyasi- iqtisadi oyunlardan qorunmasına imkan yaradacaq. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycan vətəndaşının daha yaxşı yaşanmasını təmin edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə