Hesablama Palatasının saxlanma xərcləri 12,1 faiz artırılır. "SİA-nın xəbərinə görə, bunu parlamentin plenar iclasında 2017-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı Milli Məclisin "2017-ci il xərclər smetası layihəsi" barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
O bildirib ki, 2017-ci ilin dövlət büdcəsindən Hesablama Palatasının xərclər smetası üçün, ümumilikdə 3 mln. 812,8 min manat vəsait nəzərdə tutulub ki, bu 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə 0,8 faiz artıb və ya 412,2 min manat çoxdur: "Artım əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Nəzərdə tutulmuş vəsait 2017-ci ildə 37-si yerli xərcləri və 5-i diplomatik korpusları əhatə etməklə 87 audit tədbirinin həyata keçirilməsi üçün tələb olunur. Bununla yanaşı, Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83,3 faizi əməyin ödənilməsi xərcləri təşkil edir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB