Elektrik enerjisi istehsalı 20,4 milyard kilovat-saatdan çox olub

Elektrik enerjisi istehsalı 20,4 milyard kilovat-saatdan çox olub

Cari ilin noyabr ayında ölkənin enerji sistemində 2,1 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, ay ərzində Azərbaycanın enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə də elektrik enerjisi mübadiləsi davam etdirilib.

SİA-nın "Azərenerji" ASC-dən aldığı məlumata görə, bu ilin 11 ayı ərzində isə elektrik enerjisi istehsalı 20,4 milyard kilovat-saatdan çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə