"Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri Milli Məclisin İnsan hüquqları, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər komitələrinin birgə iclasında müzakirə edilərək plenar iclasa tövsiyyə olunub. SİA-nın xəbərinə görə, bununla da bütün komitələrin birgə iclasında müzakirələr yekunlaşıb.
Büdcə zərfinə daxil olan layihələrin dekabrın 6-da, 7-də və 8-də plenar iclasların müzakirəsinə çıxarılması gözlənilir.
Büdcə zərfinə "2017-ci il dövlət büdcəsi", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında" qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB