"JEK"lər özəlləşəcək? RƏSMİ

"Mənzil kommunal xidmət obyeklərinin tam özəlləşdirilməsi mümkündür". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı Mənzil-Kommunal Sahələrinin tam özəlləşdirilməsi ilə bağlı təklifə münasibət bildirib.

S. Şərifov hesab edir ki, büdcədən Mənzil-Kommunal Sahələrinə ayrılan xərclər o qədər də yüksək deyil: "Büdcədən bu sahəyə ayrılan vəsaitin böyük hissəsi, yəni 40%-i Mənzil-Kommunal Sahələrdə çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur. Lakin bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır. Həmin istismar xidmətlərin göstərilməsini hər hansı bir özəl şirkətlərə verilə bilər. Hər hansı bir küçənin süpürülməsi ilə bağlı bir şirkətlə müqavilə bağlanılsa, siz həmin şirkətə pul ödəməli olacaqsınız. Şəhərlərin, rayonların işıqlandırılması xərcləri, bütün bu xərclər həmin bu maddə üzrə maliyyələşdirilir. Ona görə də, mən hesab edirəm ki, bu xərclərin ixtisar edilməsi çətin olar".

Məlumat üçün nəzərinizə çatdıraq ki, mənzil kommunal xidmət obyektlərinin tam özəlləşdirilməsi ilə bağlı təklif millət vəkili Tahir Kərimli tərəfindən irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə