Rusiya qeyri-OPEC ölkələri ilə məsləhətləşmələr aparır

Rusiya qeyri-OPEC ölkələri ilə məsləhətləşmələr aparır

Rusiya OPEC-ə üzv olmayan ölkələrlə neft hasilatının azaldılmasına dair danışıqlar aparır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiyanın enerji naziri Aleksandr Novak deyib. O bildirib ki, OPEC-in nümayənədələri bununla bağlı məsləhətləşmələr apardıqları ölkələrin adlarını açıqlayıblar: "Biz hesab edirik ki, həqiqətən də bu razılaşmada iştirak edə biləcək ölkələr var. Bunlar Azərbaycan, Qazaxıstan, Meksika, Oman, Bəhreyn və digər ölkələrdir. Hazırda bu istiqamətdə iş aparılır".

Qeyd edək ki, OPEK ölkələri gələn il yanvarın 1-dən neft hasilatını azaltmaqla bağlı razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə