Ermənistan və İran təbii qazın alqı-satqısı və tranzitinə dair anlaşma memorandumunu paraflayıb. SİA "aysor.am"a istinadən xəbər verir ki, sənəd İranın Milli Qaz İxrac şirkəti və Ermənistanın "Energaimpeks" şirkəti arasında paraflanıb. Yaxın günlərdə sənədin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Ermənistanın enerji infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Hayk Arutyunyan Tehrana səfər edib. Səfər zamanı keçirilən görüşlərdə enerji sahəsində əməkdaşlıq, həmçinin Ermənistan ərazisindən üçüncü ölkəyə qazın tranziti müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB