Gələn il Sumqayıt Kimya Sənaye Parkında istehsala start veriləcək

Gələn il Sumqayıt Kimya Sənaye Parkında istehsala start veriləcək

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 2017-2018-ci illərdə məhsul istehsalına başlayacaqlar. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parkın ən iri rezidentlərindən biri SOCAR Polymer 2017-ci ilin ikinci yarısından sınaq istehsalına başlayacaq, 2018-ci ildə isə tam istehsal gücü ilə işləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə