"Azərbaycan Cənub-Qərb dəhlizini inkişaf etdirir"

Cavid Qurbanov: "Tanıtımlardan sonra tranzit yükləri Cənub-Qərb dəhlizi ilə daşınacaq”
"Azərbaycan Cənub-Qərb dəhlizini inkişaf etdirir"

"Azərbaycan brendi dediyimiz Cənub-Qərb marşrutu - Astaradan Poti və Batumi limanlarına qədər olan yol az bir məsafədə İranda istehsal olunan malların tezliklə Avropa bazarlarına çıxarılması üçün ən yaxın dəhlizdir". Bunu jurnalistlərə açıqlmasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O qeyd edib ki, Azərbaycan sözügedən dəhlizi inkişaf edirmək istiqamətində əməli işlərə başlayıb: "Artıq bu istiqamətdə Astaradan ilk qaranquşlarımız var. Rusiya ərazisinə gedən yük konteynerləri artıq bu yoldan keçib. Bu, "Siemens" kompaniyasının konteynerləri idi. Onlar Hindistandan gəlib Azərbaycan üzərindən Rusiyaya keçdi. İkincisi butadien qazı idi, o da Rusiyaya aparıldı. Üçüncüsü isə "İran Xodro"nun sifarişi ilə konteynerlər Avropadan Astaraya daşınacaq. Buradakı əsas məsələ həcm deyil, bu günlərdə dəhlizin işlək qabiliyyətli olmasını göstərməkdir. Yəni bu, tanıtımdır. Bu tanıtımlardan sonra tranzit yükləri Cənub-Qərb dəhlizi ilə Azərbaycan üzərindən daşınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə