İnvestisiya layihələrinin qəbuluna start verilir

İnvestisiya layihələrinin qəbuluna start verilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

SKMF 2016-cı il sentyabrın 29-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- İxtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- İstixana təsərrüfatlarının yaradılması;
- Ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə