İmişlidə çörək istehsalı müəssisələri yaradılacaq

İmişlidə çörək istehsalı müəssisələri yaradılacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İmişli rayonunun Cəfərli kəndində işgüzar forum keçirib. Nazirlikdən SİA-ya verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;

- çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə