Vahid Əhmədov: “İranın BTQ-də iştirakında problem olmamalıdır”
İranın Böyük İpək Yolu layihəsinin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə qoşulmasında hər hansı problem olmamalıdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, İran Böyük İpək Yolu layihəsində, Azərbaycandan, Çindən Avropaya malların daşınması ilə dəmiryolların çəkilməsində iştirak etmək istəyir: "Bununla bağlı İran prezidenti ilə Azərbaycan prezidenti arasında danışıqlar olub. Həmçinin, İran Astarası ilə Azərbaycan Astarası arasında körpü tikilməsi ilə bağlı müqavilə imzalanıb və bu körpü ilin sonuna kimi istifadəyə veriləcək".
Millət vəkili Bakı-Tbilisi-Qars dəmiryolunun bu layihənin bir hissəsi olduğunu əlavə edib:"Bu layihə, Astara-Astara dəmiryolu da daxil olmaqla hamısı bir yerdə Çindən tutmuş Avropaya qədər, Gürcüstan, Azərbaycan, Türkiyə vasitəsilə yüklərin çıxarılmasıdır. İran üçün də bu vacib bir layihədir. Çünki bunun vasitəsilə əvvəlki illərdə 5 milyon ton, sonra isə artırılaraq 10 milyon ton yükün daşınması nəzərdə tutulub. Əlbəttə, İran bu layihədə iştirak edəcək və onun iştirakında hər hansı problem olmamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB