Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcəsinin təsdiq edilməsi haqqında qərar verilib. Qərara əsasən benzinin kömrük rüsumu miniuma endirilib. Bununla benzinin qiymətinin aşağı salınması mümkündürmü? SİA-ya bu məsələni şərh edən iqtisadçı ekspert İlham Şaban benzinin qiymətinin aşağı salınmasını mümkün hesab etmir:
"Ona görə ki, Nazirlər Kabineti qərarda göstərildiyi kimi, bunu müvəqqəti addım kimi atır. Yəni oktyabrın 15-də bu qərar qüvvədən düşmüş hesab ediləcək. Qərar isə Heydər Əliyev adına Neft Emalı Zavodunda cari təmir işləri və onun ərazisində eyni zamanda modernizasiya işlərinə aparılan hazırlıqla əlaqədardır. Yəni əvvəlki illərdə olan təmir işləri zamanı benzin tədarükü ölkənin daxili tələbatı üçün tam çatırdı. Çünki adətən təmir işlərini 25 günədək başa çatdırmaq olurdu. İndi isə təmir işləri daha uzunmüddətli olacaq, çünki masştabı böyükdür. Buna görə də ölkəyə yanacağın idxalına ehtiyac yaranır. Aksiz dərəcələrinin 200 manatdan 1 manata endirilməsi isə o deməkdir ki, hökümət dövlət büdcəsinə çatmalı olan hər tona görə 199 manat vergidən istehlakçıların xeyrinə imtina edir. Bu imtina isə sözügedən müddətdə Ai-92 markalı benzinin qiymətinin daxili bazarda əvvəlki qiymətlərdə saxlaılması üçün atılan addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB